Azərbaycanın döyüş təyyarələri cəbhə xəttində

2 Avqust 2014 12:54 (UTC+04:00)
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər

Azərbaycanın döyüş təyyarələri cəbhədə uçuşlara başlayıb.

Sərhəd rayonlarından AzNews.az-a verilən məlumata görə, döyüş təyyarələri əsasən Tərtər və Ağdam istiqamətində uçuşlar həyata keçirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı APA-ya açıqlamasında Azərbaycan HHQ-nin döyüş təyyarələrinin uçuşlarının planlı şəkildə həyata keçirildiyini bildirib.