Azərbaycanın ən iri alış-veriş mərkəzlərindən birinin açılışı oldu - FOTO

3 Avqust 2014 11:09 (UTC+04:00)
Xırdalanda yerləşən AAAF şəhərciyində sahəsinə görə Azərbaycanın ən iri alış-veriş mərkəzlərindən biri – AAAF Makromartın açılışı olub.
AzNews.az-ın məlumatına görə, Tədbiri giriş sözü ilə açan AAAF İnşaatın direktoru Pərvin Əliyev "AAAF Makromart"ın açılışının Xırdalan üçün əhəmiyyətindən danışıb. O, artıq xırdalanlıların alış-veriş üçün uzun yol qət etməyə ehtiyacının olmadığı və istədiyi məhsulları buradan rahatlıqla tapacağını bildirib.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin Başçısının birinci müavini İradə Gülməmmədova da bu cür geniş alış-veriş mərkəzinin açılışının yerli əhali üçün faydalı olacağını dilə gətirib.
Sonda AAAF İnşaat və Zirvə İdman Kompleksi MMC-nin təsisçisi Tofiq Heydərov AAAF Makromart-ın açılışı münasibətilə sakinləri təbrik edib.
Qeyd edək ki, 6100 kvadratmetr ərazini özündə birləşdirən AAAF Makromart zəngin çeşidi və təzə, keyfiyyətli, sanitar qaydalara uyğun, ekoloji təmiz məhsulları ilə fərqlənir.