İsmayıllı rayonunda güclü meşə yanğını başladı

3 Avqust 2014 16:29 (UTC+04:00)
Bu gün İsmayıllı rayonu, Xanagah kəndində (rayon mərkəzindən 5 km aralı) dağlıq meşə zolağında yanğın hadisəsi baş verib.

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsindən 1 ədəd helekopter, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

AzNews.az