Yaponiyada 5,7 bal gücündə zəlzələ oldu

3 Avqust 2014 19:32 (UTC+04:00)
Bu gün Yaponiyanın cənubunda, Okinava prefekturasında 5,7 bal gücündə zəlzələ baş verib.

"Qafqazinfo" xəbər verir ki, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Yeraltı təkanlar Okinava və Kaqoşima prefekturalarında hiss olunub.

Bu, son gündə həmin rayonda baş verən ikinci zəlzələdir. 5,2 bal gücündə birinci yeraltı təkanlar gecə saatlarında baş verib.

AzNews.az