Gənc idmançlar 315 qızıl medal qazanıb

11 Sentyabr 2012 09:56 (UTC+04:00)
Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin yetirmələri 2011-2012-ci dərs ilində respublika birincilik və çempionatlarında 315 qızıl, 235 gümüş, 1121 bürünc olmaqla, ümumilikdə 1671 medal qazanıblar.

Nazirlikdən verilən məlumata görə, idman məktəblərinin yetirmələri milli yığma komandaların tərkibində Avropa, dünya birinciliklərində və beynəlxalq turnirlərdə 62 qızıl, 47 gümüş, 92 bürünc medal əldə ediblər.

Məlumat üçün bildirək ki, ölkə üzrə fəaliyyət göstərən 375 məktəbdənkənar təhsil müəssisəsində maraq və qabiliyyətlərinə uyğun olaraq 226 537 şagird müxtəlif dərnəklərə cəlb olunub.

E.Əlosmanqızı
AzNews.az