İsrail 7 saatlıq humanitar atəşkəs elan edir

4 Avqust 2014 08:30 (UTC+04:00)
Qəzzaya zərbələrini davam etdirən İsrail bu gün saat 10-dan etibarən 7 saatlıq "insani atəşkəs" elan edib. Ancaq bu atəşkəs Refah şəhərinin şərqini əhatə etməyib. AzNews.az xəbər verir ki, İsrail Müdafiə Nazirliyinin bir əməkdaşı "Reuters"ə bildirib ki, bu müddət ərzində qarşı tərəf atəşkəsi pozarsa, buna dərhal qarşılıq veriləcək. Refah şəhərinin istisna olmasına münasibət bildirən İsrail rəsmisi deyib ki, Refah Qəzzada İsrail əsgər və tanklarının yerləşdiyi tək bölgədir.

"Həmas" sözçüsü Sami Ebu Zuhri isə İsrailə inanmadıqlarını açıqlayıb: "İsrailin atəşkəs qərarı birtərəflidir və İsrailə güvənmirik".

Qeyd edək ki BMT baş katibi Pan Gi Mun və Amerikanın dövlət katibi Con Kerri iyulun 31-də açıqlama verərək İsrail və Həmas arasında 3 günlük atəşkəs elan edilməli olduğunu bildirmişdi.

İntiqam Valehoğlu
AzNews.az