İrandan cəbhədəki gərginliklə bağlı - Açıqlama

4 Avqust 2014 09:56 (UTC+04:00)
İran Xarici İşlər Nazirliyi son günlər Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində və cəbhə bölgəsində baş verənlərə münasibət bildirib.

AzNews.az-ın məlumatına görə, nazirliyin sözcüsü Mərziyə Afham bildirib ki, münaqişənin hərbi vaqsitələrlə həlli çıxış yolu deyil.

M. Afham son günlər Ermənistan-Azərbaycan təmas xəttində - cəbhədə insan itkisi ilə nəticələnən hadisələrə təəssüfünü bildirərək, tərəfləri atəşkəs rejiminə əməl etməyə dəvət edib.

O, danışıqların davam etdirilməsinin zəruriliyini də vurğulayıb.

Məhəmməd
AzNews.az