Məktəblərdə şahmat fənni tədris olunacaq

11 Sentyabr 2012 10:07 (UTC+04:00)
2012-2013-cü tədris ilindən etibarən məktəblərdə şahmat fənninin tədrisinə hazırlıq işləri artıq başa çatdırılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, yeni dərs ilindən etibarən 379 məktəbin II sinfində, 75 məktəbin isə III sinfində şahmat fənni tədris ediləcək. Bununla əlaqədar müvafiq proqram, dərs vəsaiti, o cümlədən elektron tədris resursları hazırlanıb məktəblərə çatdırılıb.

Qeyd edək ki, bu ilin yanvarından şəhər və rayonlarda bir ümumi təhsil məktəbində şahmat fənninin tədrisi pilot olaraq həyata keçirilib.

E.Əlosmanqızı
AzNews.az