Türk müğənnilərdən Azərbaycana dəstək - FOTOLAR

4 Avqust 2014 10:57 (UTC+04:00)
Türkiyənin məşhur sənətçiləri bir neçə gün ərzində cəbhə bölgəsində 14 əsgərimizin şəhid olması xəbərinə biganə qalmayıb.

ANS PRESS-in məlumatına görə, şəhid ailələrinə növbəti başsağlığı verənlərin sırasında bir neçə müğənni var. Alişan, Özcan Dəniz, Ezo, Sibel Can, Ziynet Salı, Mustafa Ceceli, Mahsun Kırmızıgül, Ebru Gündeş, Petek Dinçöz və Demet Akalın sosial şəbəkə vasitəsi ilə hər zaman Azərbaycana dəstək çıxdıqlarını bildiriblər.

Mahsun Kırmızıgül "Azərbaycan ağlayır. 11 şəhid" sözlərinin yazıldığı fotonu paylaşaraq bunları bildirib: "Azərbaycan ermənilərin silahlı hücumuna məruz qalıb. 11 azərbaycanlı əsgər şəhid olub. Soma faciəsində bizim acımızı bölüşdüyünüz kimi, biz də sizin dərdinizə şərikik. Allah səbr versin, məkanları cənnət olsun".

Petek Dinçöz "Şəhid şəhidimizdir. Allah rəhmət eləsin Azərbaycan!", Demet Akalın qara lent üzərində "Vətən başın sağ olsun" yazılan şəkil paylaşıb. "Azərbaycan qardaş ölkə yasdadır"- şərhini bildirib.

Özcan Dəniz Azərbaycan və Türkiyənin bayrağının şəklini paylaşaraq "Yanınızdayıq"-yazaraq kədərimizə şərik olduğunu deyib. Türkiyədə müğənni Rafet el Roman ilə ifa etdiyi duetləri ilə tanınan Ezo: "Vətənim Azərbaycanım başın sağ olsun"-yazıb.

AzNews.az