Ailəsi Həsən Həsənovun meyitinin qaytarılması üçün Şeyxə müraciət etdi

4 Avqust 2014 11:50 (UTC+04:00)
"Həsənin meyitinin geri qaytarılması üçün bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəyə müraciət etmişik".

Bu barədə Modern.az saytına cəhbə xəttini keçənlərdən biri - Həsən Həsənovun qardaşı Nail Həsənov məlumat verib.

"Ötən həftə şeyxə müraciət məktubu yazdıq. İnanırıq ki, qardaşımın meyitinin geri qaytarılması üçün bizə kömək göstəriləcək".

N.Həsənov bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinə yeni bir məlumat almaq üçün gedəcəyini açıqlayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova isə Modern.az-a açıqlamasında bildirib ki, girovlarla bağlı hər hansı yeni məlumat yoxdur.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri Kəlbəcər rayonunda iki Azərbaycan vətəndaşını girov götürüb. Həmin şəxslər Şahbaz Quliyev və Dilqəm Əsgərovdur. Onlarla getmiş 3-cü şəxs – Həsən Həsənov isə girov düşərək öldürülüb və Dağlıq Qarabağda ermənilər tərəfindən BQXK-nın nümayəndəsinin iştirakı ilə dəfn olunub. Onun meyitinin geri qaytarılması üçün dialoqlar davam etdirilir.

AzNews.az