Yadigar Sadıqovun yeri bilindi

4 Avqust 2014 13:35 (UTC+04:00)
51 saatdan sonra Penitensiar Xidmət Yadigar Sadıqovun 14 saylı cəzaçəkmə müəssisəsinə göndərildiyini təsdiq edib. Bu barədə musavat.com-a Yadigar Sadıqovu hüquqlarını müdafiə komitəsindən xəbər verilib.
Bildirilir ki, bununla belə komitə Yadigar Sadıqov haqda məlumatın uzun müddət israrla gizlədilməsindən şübhələnir və vəkillərinin tezliklə onunla görüşməsini istəyirlər.

Ayrıca, komitədən bildirilir ki, Yadigar Sadıqovun daimi yaşayış yerinə yaxın cəzaçəkmə müəssisəsinə köçürülməsi qanunun tələbidir və onun 14 saylıcəzaçəkmə müəsisəsinə köçürülməsi qnun pozuntusudur.
"Bu qanunsuzluğun aradan qaldırılması üçün hüquqi müstəvidə israrlarımız davam edəcək", - müdafiə komitəsindən bildirilir.

AzNews.az