Leyla Abdullayeva yaralı hərbçilərlə görüşdü

4 Avqust 2014 17:34 (UTC+04:00)
Milli Məclisin üzvü Leyla Abdullayeva bu gün Mərkəzi Hərbi Hospitalda son günlər cəbhədə yaralanan hərbçilərimizlə görüşüb. Modern.az xəbər verir ki, millət vəkili onların qəhrəmanlığına görə təşəkkür edib və bildirib ki, Ali baş komandanın rəhbərliyi ilə ölkəmiz düşmənə hər zaman layiqli cavab verməyə hazırdır. Görüş zamanı əsgərlərin yüksək əhval-ruhiyyəsi, qələbə və mübarizə əzmi xüsusuilə diqqət çəkib.

Mərkəzi Hərbi Hospitalda pasiyentlər üçün hər cür şərait yaradıldığını bildirən deputat buna görə dövlət başçısına minnətdarlıq edib. Deputat yaralı əsgərlərin hər biri ilə söhbət edib, yüksək qayğı və diqqətə görə profesional həkim heyətinə, hospital rəhbərliyinə təşəkkürünü bildirib.

AzNews.az