Ermənilər qoşun yeritdi

4 Avqust 2014 18:02 (UTC+04:00)
Ermənilər Laçından gələn könüllüləri postlara yerləşdiriblər


ANS PRESS-in məlumatına görə, ilk belə 100 nəfərlik dəstə ön cəbhədədir.

Ermənilər bunun cəbhədə erməni əsgərlərinin ruh yüksəkliyinin artırılması üçün edildiyini açıqlayıblar. Könüllülər içərisində 1-ci Qarabağ müharibəsində döyüşən erməni veteranlarının da olduğu deyilir.

Xatırladaq ki, iyulun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.

Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.

AzNews.az