Ermənistan ordusu Kəlbəcərdə itki verdi

4 Avqust 2014 19:41 (UTC+04:00)
Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın Kəlbəcər rayonu ərazisində bu gün Ermənistan ordusunun müqaviləli xidmətdə olan hərbi qulluqçusu ölüb.

APA-nın məlumatına görə, bu xəbəri "NEWS.am"a Ermənistanın müdafiə nazirinin mətbuat katibi Artsrun Ovanisyan təstiqləyib.

Məlumata görə, ölən hərbçi 40 yaşlı Aram Qriqoryan Ermənistanın Araqatsot vilayətinin Partizak kənd sakinidir. Hərbçinin hansı səbəbdən öldüyü bildirilmir.

AzNews.az