Daha bir əsgər itirdik!

5 Avqust 2014 07:15 (UTC+04:00)
Ötən gün günorta saatlarında döyüş bölgəsində daha bir əsgərimizi itirdik. Bu barədə əsgərin yaxınları məlumat verib. Verilən məlumata görə, 19 yaşlı Murad Mahir oğlu Səmədov güllə yarası alaraq ölüb.

Xırdalandan həqiqi hərbi xidmətə çağırılan Murad Səmədovun meyidi bu gün doğulduğu Xırdalan şəhərinə gətirilir. Əsgərin cənazəsi bu gün dəfn olunacaq.

Fakt Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə təsdiqlənib. Verilən məlumata görə, əsgər döyüş bölgəsində, N saylı hərbi hissədə olarkən, ehtiyatsızlıqdan avtomatdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Faktla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb, araşdırma aparılır.