BMT Baş katibi cəbhədəki gərginlikdən narahatdır

5 Avqust 2014 07:34 (UTC+04:00)
BMT-nin Baş katibi Pan Gi Mun Azərbaycan-Ermənistan silahlı qüvvələrinin təmas xəttində son günlər baş verən gərginliklə bağlı bəyanat verib.

AzNews.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə təşkilatın rəsmi açıqlamasında bildirilib.

Bəyanatda BMT-nin Baş katibi Pan Gi Mun Dağlıq Qarabağ münaqişəsinin tərəflərini atəşkəs haqqında razılaşmaya əməl etməyə və zorakılıqdan çəkinməyə çağırıb: "Bütün tərəflər atəşkəs haqqında sazişə hörmət etməli və gələcəkdə də zorakılıqdan çəkinməli, dialoq davam etdirilməlidir".

Baş katib Minsk qrupu həmsədrlərinin səylərini dəstəklədiyini də bildirib. O, münaqişə zonasında gərginliyin artması ilə bağlı son günlər öz narahatlığı ilə bölüşüb.

AzNews.az