Gürcüstan və Türkiyə Qara dənizdə hərbi təlimlərə başlayır

5 Avqust 2014 08:22 (UTC+04:00)
Gürcüstan və Türkiyənin sərhəd qoşunlarının sahil mühafizə bölmələri birgə hərbi təlimlərə başlayacaq.

AzNews.az-ın məlumatına görə, artıq Türkiyə Sərhəd Qoşunlarının Sahil Mühafizəsinə məxsus gəmi Gürcüstan dəniz sərhədlərinə daxil olub. Hərbi gəmi Batumidə lövbər salıb.

Ötən gün isə təlimdə iştirak edəcək bölmə komandirləri arasında görüş keçirilib.

Məlumatda o da qeyd olunub ki, təlimlər 4 gün davam edəcək. Bununla yanaşı təlim iştirakçıları Potidəki komanda məntəqəsi və gəmi tikinti müəssisəsi ilə tanış olacaqlar.

Məhəmməd
AzNews.az