Ehtiyatsızlıq 84 yaşlı qadının həyatına son qoydu

5 Avqust 2014 09:20 (UTC+04:00)
Bakının Nəsimi rayonu ərazisində 84 yaşlı qadını elektrik cəryanı vurub.

Nəsimi rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, hadisə saat 23:40 radələrində baş verib.

İlkin ehtimala görə, 1930-cu il təvəllüdlü Nuriyyə Əhmədovanı elektrik açıq naqilin suya toxunuşu zamanı vurub. Həkimlərin səyinə baxmyaraq, N. Əhmədovanın həyatın xilas etmək mümükün olmayıb.

Nəsimi rayon Prokurorluğunda hadisə ilə bağlı cinayət işi açılıb.

Amid Əyyuboğlu
AzNews.az