Sumqayıtda küçənin ortasında öküz “at oynatdı“ - VİDEO

5 Avqust 2014 11:56 (UTC+04:00)
Dünən günorta saatlarında Sumqayıtda qəribə - həm məzəli, həm də təhlükəli bir hadisə baş verib. Belə ki, işıqforda gözləyərkən QazEl markalı kiçik yük maşınında kəsilməyə aparılan öküz qəfil qaçmağa müvəffəq olub. Lakin avtomobilin sürücüsü cəld tərpənərək QazEl-i sola çəkməklə öküzü yaxınlıqdakı ağ 10 PS 523 dövlət nömrə nişanlı ağ "Hyundai"a tərəf sıxa bilib, ardınca da tez-tələsik kəndirlə tutub. Lakin öküz bundan sonra daha da qızışıb və "Hyundai"ə zərbələr vurub, onu əzib. Xeberle.com-un əməkdaşı bu anı çəkə bilməsə də, bundan sonrakı anları kameranın lentinə köçürə bilib. Avtomobili tez kənara çəkiblər. Bundan sonra öküzü kəsmək istəyənlərlə öküzün arasında əsl mübarizə başlayıb. Öküz QazEl-ə də bir neçə güclü zərbələr endirib. Onun ram oluna bilməməsini görənlər hətta təklif ediblər ki. elə öküz yolun ortasında kəsilsin. Böyük məsuliyyətsizlik edən və insanlara təhlükənin yaranmasına səbəbkər olan şəxslər - öküzü aparanlar bununla razılaşmayıblar və mübarizəni sonadək aparıblar. Yolda böyük tıxac yaranıb, hadisə sakinlərin böyük marağına səbəb olub. Sonda isə öküzü maşına bağlayıb sürüyə sürüyə aparıblar.



AzNews.az