Skripkaçı Raminin xeyriyyə konserti keçiriləcək

11 Sentyabr 2012 09:13 (UTC+04:00)
Tanınmış skripka ifaçısı Ramin Həsənov əlil uşaqlar üçün xeyriyyə solo-konsert proqramıyla çıxış edəcək. Bu barədə AzNews.az-a skripkaçı ifaçısı özü deyib. O, bildirib ki, xeyriyyə konserti oktyabr ayının 26-ı Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.

R.Həsənov onu da qeyd edib ki, konserti izləmək üçün səfirliklər, ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri iştirak edəcəklər.

Konsertdən yığılan pul Şamaxı rayonunda yerləşən əlil uşaqlarla yanaşı, valideyn himayəsindən məhrum olan uşaqlara da xərclənəcək.

Fuad Mədətov
AzNews.az