Prokurorluq orqanlarına müsabiqədən keçənlərin adları açıqlandı -Siyahı

5 Avqust 2014 15:19 (UTC+04:00)
Prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqədə 71 gənc hüquqşünas keçid balını toplaya bilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Aərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə"yə müvafiq olaraq prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan olunmuş müsabiqəyə yekun vurulub.

Müsabiqənin üçüncü mərhələsi olan müsahibəyə buraxılmış namizədlərin hazırlıq səviyyəsi, dünyagörüşü, məntiqi düşünmə qabiliyyəti və prokurorluqda işləmək üçün zəruri olan digər şəxsi keyfiyyətlərinin yoxlanılması nəticəsində 71 gənc hüquqşünas "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi Qaydaları" ilə müəyyənləşdirilmiş keçid balını toplayıb.

2002-ci ildən başlamaqla keçirilən və sayca 13-cü olan bu müsabiqənin nəticələrinə görə gənc hüquqşünasların prokurorluq orqanlarına qulluğa qəbul olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilən və ölkə həyatının bütün sahələrində gənclərin intellektual potensialından geniş istifadəyə yönəlmiş dövlət gənclər siyasəti çərçivəsində uğurla həyata keçirilmiş mühüm tədbirlərdən biri olub. Sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla tam şəffaf, ədalətli prosedurlar əsasında, beynəlxalq standartlara uyğun keçirilmiş müsabiqələr nəticəsində qulluğa qəbul edilmiş 627 gənc hüquqşünas hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 58 faizini təşkil edir. Əvvəlki müsabiqələrin yekunlarına görə işə qəbul olunmuş gənclər prokurorluq orqanlarında səmərəli fəaliyyət göstərməklə, onların bir hissəsi yuxarı təsnifatlar üzrə, o cümlədən rəhbər vəzifələrə irəli çəkiliblər.

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqədən keçmiş namizədlər 27 avqust 2014-cü ildən Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. İcbari təlimi müvəffəqiyyətlə başa vurduqdan sonra peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə almış gənc mütəxəssislər prokurorluq orqanlarında müvafiq vakant vəzifələrə stajor qismində təyin ediləcəklər.

Prokurorluğa işə qəbulla əlaqədar elan edilmiş müsabiqədən müvəffəqiyyətlə keçmiş şəxslərin siyahısı Baş Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az, www.prokurorluq.gov.az) və "Qəbul otağı"nda yerləşdirilib.

S İ Y A H I

Sıra №-si Soyadı, Adı, Atasının adı

1 Abbasov Cabir Etibar oğlu
2 Alıyev Səbuhi Mehdi oğlu
3 Almazov Ramin Pənah oğlu
4 Babazadə Kənan Nadir oğlu
5 Bağırov Taleh Vilayət oğlu
6 Bayramov Rəhim Məzahir oğlu
7 Bayramov Rəşid Yusif oğlu
8 Bayramova Elfanə Elman qızı
9 Cəfərov Adil Yusif oğlu
10 Eyvazov Elşad Akif oğlu
11 Əbilov Elnur Rəşid oğlu
12 Əhədov Ruslan Şamxal oğlu
13 Əhməd Rəcəb Nazim oğlu
14 Əhmədov Toğrul Rahab oğlu
15 Əsədov Nəriman Sabir oğlu
16 Əsgərov Məhəmməd Ələkbər oğlu
17 Əzimzadə Bəxtiyar Xalıq oğlu
18 Hacıyev Məhəmməd Vilyam oğlu
19 Heydərova Könül Əli qızı
20 Həsənov Ozal Mübariz oğlu
21 Hümbətzadə Oruc Möhbalı oğlu
22 Hümmət-zadə Tural Ramazan oğlu
23 Hüseyinov Samir Şəmsəddin oğlu
24 Hüseynov Əflatun Əflan oğlu
25 Hüseynov Yasin Nizami oğlu
26 Hüseynzadə Toğrul Ələkbər oğlu
27 İmanov Əli Sərməz oğlu
28 İslamzadə Nilufər İltimas qızı
29 İslamzadə Vüqar Səyyar oğlu
30 Kazımov Rövşən Zahid oğlu
31 Qafarov Əfqan Nizam oğlu
32 Qasımov Emin Səlim oğlu
33 Qubuşov Tamerlan Əlövsət oğlu
34 Quliyev Əyyub Şirin oğlu
35 Mehrabov Haqverdi Dilbazi oğlu
36 Mehralıyev Zamil Zahid oğlu
37 Mehrəliyev Vüsal Bəhram oğlu
38 Məmmədli Tərlan İlham oğlu
39 Məmmədov Neymət Hüsən oğlu
40 Məmmədov Nurlan Samir oğlu
41 Məmmədov Şükran Nurəddin oğlu
42 Məmmədova Təranə Yavər qızı
43 Muxtarlı Elvin Mənsim oğlu
44 Murquzov Emil İlqar oğlu
45 Musayev Qadir Hakim oğlu
46 Musayev Təbriz Elşən oğlu
47 Namazov Fərid Arif oğlu
48 Nəcəfov Səməd Şöhrət oğlu
49 Nəcəfova Leyla Qnyaz qızı
50 Niftullayev Tamerlan Alim oğlu
51 Novruzov Hikmət Şəmsəddin oğlu
52 Novruzzadə Elnur Elman oğlu
53 Nuriyev Anar Nazim oğlu
54 Orucov Nicat Azad oğlu
55 Pənahov Əziz Pənah oğlu
56 Rzayev Sərvər Gülmalı oğlu
57 Salamzadə Elxan İsə oğlu
58 Seyid Turxan Hacımirhəşim oğlu
59 Seyidzadə Vüqar Fazil oğlu
60 Səfərov Tale Balabəy oğlu
61 Səlimli Səlim Akif oğlu
62 Səlimov Vüqar Fədayi oğlu
63 Səmədli Mətanət Natiq qızı
64 Səmədov Elnur Ətraf oğlu
65 Səmədzadə Pirayə Zahid qızı
66 Şabanov Pərvin Siyafər oğlu
67 Şabanov Valeh İxtiyar oğlu
68 Şahverdiyev Atəş Möhbalı oğlu
69 Tağıyev Faxrəddin İnqilab oğlu
70 Tofiqi Fuad Valeh oğlu
71 Vəliyev Murad İsmayıl oğlu


AzNews.az