12 QHT-nin bank hesabına həbs qoyuldu

5 Avqust 2014 17:10 (UTC+04:00)
Səbail rayon Məhkəməsinin qərarı ilə 12 Qeyri Hökumət Təşkilatının əmlakı üzərinə həbs qoyulub. Teleqraf.com-un xəbərinə görə, məhkəmənin qərarına əsasən təşkilatların bank hesabları dondurulub. 12 təşkilat arasında Ənnağı Hacıbəylinin təşkilatı "Azərbaycan Hüquqçular Assosasiyası", Rəşid Hacılının təşkilatı "Media Hüququ İnstitutu", İntiqam Əliyevin "Hüquq Maarifçiliyi Cəmiyyəti"nin də adı var. Qərardan sonra təşkilatlar bankdan pul çıxara bilməyiblər.

Məhkəmənin qərarının ləğv edilməsi üçün təşkilatın rəhbər şəxslər apelyasiya şikayəti veriblər. Bakı Apelyasiya Məhkəməsindən Teleqraf.com-a verilən məlumata görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təşkilat rəhbərlərinin şikayəti təmin edilməyib.