ABŞ İrana “danışıqlar yolu əbədi deyil” dedi

11 Sentyabr 2012 11:29 (UTC+04:00)
ABŞ İrana daha bir xəbərdarlıq etdi. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, ağ ev rəsmisi Cey Karni keçirdiyi mətbuat konfransında bildirib ki, danışıq yolu hələ açıq olaraq qalır: "Ancaq İran bilməlidir ki, danışıqlar əbədi davam etdirilməyəcək. ABŞ prezidentinin mövqeyi belədir ki, İrana nüvə silahı əldə etməyə imkan verilə bilməz.

Ona görə də İrana sanksiyalar yolu ilə maksimal iqtisadi təzyiq göstərilir". Ağ Ev rəsmisi həmçinin, qeyd edib ki, Prezident bütün mümkün variantları gözdən keçirir və hələ ki, danışıqlara və sanksiyaların nəticə verəcəyinə ümid etdiyindən hərbi müdaxiləyə əl atmır. Cey Karni İranın nüvə proqramı ilə bağlı bütün addımların izləndiyini də xüsusilə vurğulayıb: "Biz İranın nüvə proqramı ilə bağlı bütün addımlarını diqqətlə izləyirik".

Sadiq
AzNews.az