İlham Əliyev cəbhə xəttində - Əsgərlərlə görüş

6 Avqust 2014 09:33 (UTC+04:00)
Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Ağcabədi ərazisində olub, oradan Ağdama gedib. Dövlət başçısı hərbçilər və yerli sakinlərlə görüşüb.
AzNews.az-ın məlumatına görə, Ağdamın Quzanlı qəsəbəsində Milli Ordunun əsgər və zabit heyəti önündə çıxış edən Prezident cəbhədə baş verən gərginlikdən danışıb və ordumuzun Qarabağı düşmən işğalından azad etməyə qadir olduğunu, son əməliyyatların bunu bir daha təsdiqlədiyini bildirib.

Ali Baş Komandanın şiddətli atışmaların getdiyi indiki şəraitdə cəbhə bölgəsində olması Milli Ordunun şəxsi heyəti və sakinlər arasında böyük ruh yüksəkliyi yaradıb.

Hazırda Prezidentin Quzanlı görüşündən sonra cəbhə bölgəsindəki digər ərazilərə keçdiyi qeyd olunur.