Nazirlik döyüş xəbərlərini - TƏKZİB ETDİ

6 Avqust 2014 12:08 (UTC+04:00)
Müdafiə Nazirliyi Ağdamın Mirəşelli kəndi istiqamətində qızğın döyüşlərin getməsi və bunun nəticəsində Azərbaycan əsgərlərinin yaralanması barədə yayılan məlumatlara münasibət bildirib.

AzNews.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağdam istiqamətində döyüşlərin getməsi və həmin döyüşlərdə yaralıların olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil: "Cəbhədə baş verənlərlə bağlı rəsmi məlumatlar Müdafiə Nazirliyinin saytında yerləşdirilir".

Qeyd edək ki, bu gün bəzi KİV-də Ağdamın Mirəşelli kəndi istiqamətində intensiv atışmaların olduğu və nəticədə xeyli sayda Azərbaycan hərbçisinin yaralanması barədə xəbərlər yayılıb.

AzNews.az