Ermənilər iki uşağı yaraladılar - FOTO+VİDEO (Yenilənib)

6 Avqust 2014 12:25 (UTC+04:00)
Erməni hərbçiləri Ağstafa rayonunun Köhnə Qışlaq kəndini intensiv atəşə məruz qoyub.

Publika.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, bir neçə saat davam edən atışma nəticəsində 10 yaşlı kənd sakini Qoşqar Abbasov xəsarət alıb. O, boyun nahiyəsindən qəlpə yarası alıb.


Kənddə atışma gedən vaxt kənd sakini, 62 yaşlı Adilə Qasımovanın həyəcandan damarı partlayıb, atışma zamanı keçirdiyi şokdan burnundan qan açılıb.
***
14:13

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayon sakini yaralanıb.

APA-nın qərb bürosunun xəbərinə görə, ermənilərin açdığı atəş rayonun Mülkülü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov Sərxan Əlağa oğlunun əlinə dəyib. Bundan başqa, uşaq sinəsində qəlpə yaraları da alıb.

S. İsmayılov Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.







AzNews.az