Ali məktəblərə ixtisas seçiminin nəticələri açıqlandı

6 Avqust 2014 16:53 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ali məktəblərin bakalavriat səviyyəsinə qəbul olmaq üçün müsabiqəyə buraxılan abituriyentlərin ixtisas seçiminin nəticələrini açıqlayıb.

AzNews.az saytı xəbər verir ki, 36 minədək abituriyent ali məktəblərin hansı ixtisasına qəbul olduğunu artıq TQDK-nın açıqladığı nəticələrdən öyrənə bilər. İmtahanın nəticələri az sonra TQDK-nın rəsmi internet saytında yerləşdiriləcək.

Hələliksə abituriyentlər imtahanın nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənirlər.

AzNews.az