Amerika kəşfiyyatçısı Rusiyada yaşamaq hüququ aldı

7 Avqust 2014 14:20 (UTC+04:00)
Amerika xüsusi kəşfiyyat xidmətinin keçmiş əməkdaşı Edvard Snouden Rusiyada yaşamaq hüququ aldı.

anspress-in məlumatına görə, onun Rusiya Federasiyası ərazisində qalma müddəti üç il uzadılıb. Bu barədə onun vəkili Anatoli Kuçerena açıqlama verib.

"Qərar ərizə əsasında qəbul edildi. Edvard Snouden müvafiq olaraq 1 avqust 2014-cü ildən Rusiyada 3 il ərzində yaşama hüququ aldı" - deyə o, bildirib.

Onun sözlərinə görə, Snouden Rusiyada beş il yaşadıqdan sonra Rusiya vətəndaşlığına iddia edə bilər.

Xatırladaq ki, Edvard Snouden 23 iyun 2013-cü ildən Moskvadadır. Həmin ilin avqust ayında bir il müddətində Rusiya ərazisində müvəqqəti sığınacaq almışdı.

AzNews.az