Daha bir erməni hərbçisi yaralandı

7 Avqust 2014 15:17 (UTC+04:00)
Cəbhə xəttində Ermənistan Ordusunun daha bir hərbçisi yaralanıb.

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, 7 avqustda atışma nəticəsində Ermənistan Ordusunun əsgəri Viktor Şubertoviç Abramov güllə yarası alıb.

1995-ci il təvəllüdlü V. Abramovun vəziyyətinin ağır olduğu bildirilir.

AzNews.az