Atəşkəsin bitməsinə 3 saat qalmış yenidən raketlər

8 Avqust 2014 07:14 (UTC+04:00)
Çərşənbə axşamı elan olunan 3 günlük atəşkəsin bitməsinə 3 saat qalmış HƏMAS İsrailə artıq raketlər atmağa başlayıb. ANS PRESS-in məlumatına görə, İsrail ordusu HƏMAS tərəfindən atəşkəsin pozulması xəbərini təsdiq edib.

Qeyd edək ki, daha əvvəl İsrailin atəşkəsi davam etmək təklifini HƏMAS rədd edib.

Xatırladaq ki, Qəzza Səhiyyə Nazirliyinin hesablamalarına əsasən artıq bir aydır davam edən münaqişədə üçdə ikisi dinc əhali olan 1867 insan həyatını itirib. İsrail isə 64 əsgərini itirib.

AzNews.az