“Xalq ulduzu” müsabiqəsinin iştirakçısı avtomobil qəzasına uğrayıb - EKSKLÜZİV

11 Sentyabr 2012 13:10 (UTC+04:00)
"Xalq ulduzu" müsabiqəsinin iştirakçısı, müğənni Emil Məmmədov avtomobil qəzasına uğrayıb. Bu barədə AzNews.az-a müğənninin prodüseri Orxan Nəsirli məlumat verib. Prodüser bildirib ki, hadisə sentyabrın ayının 7-i Babək prospektində baş verib.

"Müğənni gecə vaxtı toydan qayıdarkən idarə etdiyi "Mercedes" markalı avtomobilin qəfil arxasından taksi (şəxsi) dəyib. Taksinin də arxasında bir başqa "Mercedes" markalı avtomobil dəyib. Avtomobillər zəncirvari toqquşub".

O.Nəsirli müğənninin xəsarət aldığını və dəymiş zaiayan haqqında da danışıb:

"Digər "Mercedes"in sürücüsü ciddi xəsarət alsa da, Emil yüngül xəsarətlə canını qurtarıb. Hadisədən sonra heç bir polis bölməsinə müraciət olunmayıb. Dəymiş ziyan yerindəcə aradan qaldırılıb. Hər üç maşına külli miqdarda maddi ziyan dəyib. Emilə dəymiş maddi ziyanın miqdarı 1500 manatdır".

Fuad Mədətov
AzNews.az