“Yavaş-yavaş yaşlaşırdım, amma birdən qocaldım” - Rasim Balayev

8 Avqust 2014 10:02 (UTC+04:00)
Xalq artisti doğum günü ilə bağlı təəssüratlarını AzNews.az-a bölüşüb: "Yavaş-yavaş yaşlaşırdım, amma birdən qocaldım. 50-yə kimi yaxşı gəldim, amma 50-dən bu yana ömrüm sanki yuxuda keçdi. Yaradıcılıq dondu, səhnə, kamera qarşısı yox... Bunlar da sənətkarın ömrünü qısaldan əlamətlərdi".

"Ömrünüzün 66-cı yayında arzunuz nədir" sualına sənətkarın cavabı belə olub: "Sağlam, sağlam, sağlam həyat, vəssalam. Başqa heç nə istəmirəm. Ancaq can sağlığı. Həyatda bundan böyük xöşbəxtlik ola bilməz. Nə danışırsınız, bunun qiyməti yoxdur. Adam onu bir balaca itirəndə hiss edirsən ki, yol üstəsən və özünü pis hiss edirsən. Allah pendir çörək versin, amma canın sağ olsun. Mən Allahdan sağlam ömür istəyirəm. O ömür ki, pasteldə dava-dərmanla olacaq bax onu istəmirəm".

Bahar Rüstəmli
AzNews.az