“İrəvanı da yerlə-yeksan edə bilərik” – Müdafiə Nazirliyi

8 Avqust 2014 11:21 (UTC+04:00)


Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumatda bildirilir ki, işğalçı ölkənin müdafiə naziri Seyran Ohanyanın Mingəçevir Su Elektrik Stansiyasına qarşı diversiya törədilməsi barədə səsləndirdiyi fikir absurddur: "Bildiririk ki, əks halda əgər belə bir hadisə baş verərsə, Silahlı Qüvvələrimizin cavabı dərhal və layiqli olacaqdır. Silahlı Qüvvələrimiz işğal olunmuş rayonlarımızda və Ermənistan Respublikasının ərazisində yerləşən düşmənin bütün hərbi obyektlərinə zərbə endirmək imkanlarına malikdir. Ermənistan tərəfindən Mingəçevir Su Elektrik Stansiyasına qarşı hər hansı təxribat cəhdləri baş verərsə, erməni xalqı bilməlidir ki, bunun cavabı onlar üçün daha acınacaqlı olacaqdır".

Müdafiə Nazirliyi bəyan edib ki, raketləri Ermənistan Respublikası istiqamətində tuşlanmış ordumuz düşmən ölkənin paytaxtı İrəvan şəhərini belə yerlə-yeksan etmək əmrini icra etməyə hazırdır.

AzNews.az