Xarici dövlətlərin hərbi attaşeləri ilə nazirlikdə - TƏCİLİ TOPLANTI

8 Avqust 2014 14:20 (UTC+04:00)

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, tədbirdə nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Ramiz Nəcəfov və mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı iştirak ediblər.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son zamanlar yaranan gərginliklə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Nazirlik rəsmləri xarici dövlətlərin hərbi attaşelərini cəbhə xəttində atəşkəsin pozulması, düşmənin müdafiənin ön xəttinə etdiyi basqın cəhdlərinin səbəbləri və nəticələri barədə obyektiv informasiya ilə məlumatlandırıblar.

Sonda tədbir iştirakçılarının sualları ətraflı cavablandırılıb.




AzNews.az