Ermənilər 16 yaşlı məktəblini güllələdilər

9 Avqust 2014 09:20 (UTC+04:00)

Ağstafa rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Ermənistanla sərhəddə yerləşən Köhnə Qışlaq kəndi ərazisində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində kənd sakini, 16 yaşlı Kamran İmran oğlu Tağıyev güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Polisdən həmçinin bildirilib ki, K. Tağıyev 10-cu sinif şagirdidir.

AzNews.az