Prezidentlər sabah görüşəcək- RƏSMİ (FOTO)

9 Avqust 2014 11:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Soçidə olan Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün Tvitter səhifəsində yazıb.

"Artıq Soçidəyik. Bu gün Azərbaycan və Rusiya prezidentləri əməkdaşlıq əlaqələrini genişləndirmək üçün ikitərəfli formatda görüş keçirəcəklər. Sabah isə Rusiya prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaqdır", - deyə Məmmədov yazıb.



AzNews.az