İntiqam Əliyevin ofisində təkrar axtarış aparılır

9 Avqust 2014 11:13 (UTC+04:00)


Hafta.az-ın verdiyi xəbərə görə, bu barədə vəkil Anar Qasımlı məlumat verib. A.Qasımlı bildirib ki, hazırda Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində yenidən axtarış aparılır.

Qeyd edək ki, dünən hüquq müdafiəçisi İntiqam Əliyev saxlanılaraq, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

İ.Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2-ci (qanunsuz sahibkarlıq) maddələri ilə təqsirləndirilir.

AzNews.az