“Düşmənlə üz-üzə olan kəndə xidmət göstərmirik” - “Azərsu”dan açıqlama (YENİLƏNİB)

9 Avqust 2014 12:07 (UTC+04:00)
Qurumun İctimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı AzNews.az-a bildirib ki, Qazaxın Cəfərli kəndində suyun verilməsinə "Azərsu" ASC cavabdeh deyil: "Sözü gedən ərazinin su təminatına yerli icra hakimiyyəti və yerli bələdiyyə qurumları cavabdehlik daşıyır".

13:31
***

Cəbhə xəttində ezamiyyətdə olan jurnalistlər Qazax rayonun Cəfərli kəndinə içməli su problemi ilə bağlı yerli qurumların nümayəndələrini sakinlərlə görüşə çağırıblar. AzNews.az-ın cəbhə bölgələrinə ezam olunmuş əməkdaşı xəbər verir ki, dərhal kəndə yerli icra hakimiyyətinin və yerli bələdiyyə nümayəndələri gəlib.
Onlar əvvəlcə kənddə içməli su probleminin olmadığını bildiriblər. Qazaxın rayonun yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Məmməd Alıyev bildirib ki, kənddə 4 artezian quyusu var. Lakin kənd sakinləri həmin quyunun yalnız birinin işlək vəziyyətdə olduğunu qeyd edirlər. Həmin quyulara baxış keçiriləndən sonra Məmməd Alıyev qısa zamanda problemin həll ediləcəyinə söz verib.

Qeyd edək ki, Qazaxın Cəfərli kəndinin Susuzluqdan əziyyət çəkir. Kənd sakinləri problemin aradan qaldırılıması üçün "Azərsu" ASC rəhbərliyinə müraciət ediblər.

AzNews.az