Ermənilər təşviş içində evlərini tərk edir: 3 kənd boşaldılıb - RƏSMİ

9 Avqust 2014 14:21 (UTC+04:00)


Bunu AzNews.az-ın cəbhə xəttinə ezam olunmuş əməkdaşına Tovuz rayonundakı N saylı hərbi hissənin yüksək rütbəli zabiti deyib. Onun sözlərinə görə, düşmən təxribatlarının qarşısını almaq üçün Azərbaycan Ordusunun qarşı tərəfi gülləboran etməsindən sonra həmin kəndlərin sakinləri qorxuya düşərək, evlərini tərk ediblər.

Zabit bildirib ki, əsgərlərin müşahidəsinə əsasən Tovuzla üzbəüz olan, ermənilərin Tavuş adlandırdığı rayonunun Nerkinarmiraxpun, Aygepar, Masasxek kəndləri demək olar ki, boş qalıb: "Əhalinin 90 faizi qaçıb".

O, bizim sərhəd kəndlərində yaşayan əhalinin isə nəinki evlərini tərk etmək, əksinə öz şəraitlərinin daha da yaxşılaşdırmaq üçün çalışdıqlarını bildirib: "Diqqət etsəz görərsiniz ki, burada yeni evlər tikilir. Qeyd edim ki, bizim camaat ermənilər kimi güllə səsini eşidən kimi evlərini tərk etmir. Əksinə, bu günlərdə buranın sakinləri, xüsusən də keçmiş döyüşçülər bizə müraciət edib, səngərlərə getmək istədiklərini bildirirdilər. Əhalidəki yüksək döyüş əhval-ruhiyyəsi adamı heyran edir".

Ramil Məmmədli
AzNews.az