Bakıda 2 avtoqəza: 10 yaralı

10 Avqust 2014 11:50 (UTC+04:00)
Bakıda iki ağır yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə nəticəsində 10 nəfərin yaralandığı deyilir.

Bu faktı Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Lent.az-a təsdiq edib.

Qəzalardan biri Nizami rayonu, Babək prospektində qeydə alınıb. İki avtomobilin toqquşması 4 nəfərin ağır yaralanmasına səbəb olub.

Digər qəza isə Xətai rayonunda baş verib. Nobel prospektində avtomobillərin toqquşması 6 nəfərin xəsarət alması ilə nəticələnib.

Hər iki faktla bağlı araşdırmalar aparılır.