Bir neçə dəfə ölüb-dirilənlərin ilginc hekayələri

11 Avqust 2014 07:35 (UTC+04:00)
"O dünyanı görüb gəldim"... İşimiz dara düşəndə, çox çətin bir mərhələni geridə qoyanda adətən bu sözlərdən istifadə edirik. Yaşamış olduqlarımızın ağır yükü və keçdiyimiz çətin mərhələni dediyim formada dilə gətiririk. Amma tibb dünyası sözün həqiqi mənasında "o dünyanı görüb gələnlər"i təsbit edib. Kimi bir neçə saniyə, kimi isə hətta dəqiqə ötən zaman kəsiyində olumla ölüm arasında sıxılıb qalıb. Bu şəxslərin ilginc hekayəsi, yaşadıqları ilə bağlı maraqlı hekayəni sizlərə təqdim edirik.

Ürəyi 5 dəfə dayananı da var, şimşək vuranı da...

Siyahını türklərlə başlayaq. Türkiyənin Dənizli şəhəri sakini Halil Karacanın ürəyi əməliyyat zamanı 5 dəfə dayanıb, sonra yenidən işə düşüb. Və bu, müddət ərzində yaşadıqlarını belə ifadə edib: "Özümü çöldə gəzirmiş kimi hiss etdim. Ucsuz-bucaqsız, ağappaq bir yer idi. Sanki çölə qar yağmışdı. Bir şey görmək, bir şey eşitmək istədim, amma yox idi".

Tiffani Snounun hekayəsi isə daha da qəribədir. Şimşək vurduğu üçün öldüyü təxmin edilən qadın komadan sonra yeni həyatına başlayıb. Və bu zaman o, yeni həyatındakı vəzifələrinin də fərqinə varıb. Ona insanları yaxşılaşdırmaq və onları Allaha inandırmaq kimi bir missiya verilmişdi. Qadının koma hekayəsi də maraqlıdır. Yayın ortasında Kaliforniyada külək əsməyə başlayıb. Yaylada atları yoxlamağa çıxdığı zaman onu şimşək vurub. Qadın dünyanın qaraldığını, ondan sonra isə heç nə xatırlamadığını deyib. Birdən özünü havada asılı, kainatı izləyəndə fərq edib.

Tiffani yaşadığı təcrübənin kiçik bir qismini danışıb: "Ətrafımda rəngarəng ulduzlar var idi. Birdən başın döndü, qabağımı görə bilmirdim. Suyun üzərində üzən biri vardı. Mənə dedi ki, qorxma. Ətrafımız sarımtıl bir işıqla əhatə olundu. Bir-birimizə yaxınlaşdıqca içimdə qabaran sevgini hiss etdim. İçi və çox rahatladan bir duyğu idi. Ailəsi tərəfindən qucaqlanan bir körpə kimi idim. O işıqdan hələ də uzaqda idim, amma bilirdim ki, o, Allahdır, bura da cənnətdir".

Allahın onunla danışdığını iddia edən qadın həyata geri qayıdanda missiyasının fərqinə vararaq etməli olduqlarını həyata keçirmişdi. Yaşadığı təcrübə ilə bağlı 3 ədəd kitab yazıb.

Bədəni suyun üstündə üzüb və ağ işıq görüb...

"O biri dünyanın digər qonağı" isə Meri Co Rapindir. 2003-cü ildə beynində damar genişlənməsi yaşayan Meri yaşadıqları barədə belə danışır: "Komada ikən çəhrayı bir işıltı mənə dedi ki, geri qayıtmaq lazımdır. Birdən özümü o işığın içində tapdım, çox gözəl bir yer idi. Dünyada qarşılaşdığım tipdə bir atmosfer və ya hiss deyildi. Bu səbəbdən də yaşadıqlarımı ifadə etməkdə çətinlik çəkirəm. Dünyada dadmadığımız bir hissdir. İndi o atmosferlə bağlı necə açıqlama verəcəyimi bilməsəm də, orda ikən hər şeyin bir açıqlaması, bir mənası vardı. Sanki həyatımda heç görmədiyim qədər parlaq və həqiqi bir röya idi".

Rapini yaşadıqlarının elmi yollarla açıqlanmağa çalışmasına qarşı çıxır. Araşdırmaçılar bunun röya olduğunu desə də, o, bunun yuxu olmadığını iddia edir.

Bob Voodruffun hekayəsinə gəlincə, burda da maraqlı detallar var. Bob Voodruff 2006-cı ildə İraqda ağır bir şəkildə yaralanıb. Maşını partlayıcı ilə toqquşduğu üçün ölümün bir addımlığına gəlib. Voodruff da deyib ki, komada olanda bədəni suyun üstündə üzürmüş və özü də ağappaq bir işıq görüb.

Reverend adlı amerikalı o biri dünyada elə bir qoxu duyub ki....

Reverend Don Piper adlı amerikalıya keçək. O, Kaliforniyada maşını ilə gəzəndə 18 təkərli bir yük maşını ilə toqquşub. Hadisə yerinə gələn Təcili Yardım xidmətinin işçiləri onun öldüyünü açıqlayıblar. 90 dəqiqə boyunca nəbzi dayanan Piperin həyata qayıtması az qala möcüzə olub. Təsəvvür edin ki, maşınlar toqquşanda hələ də fırlanmaqda olan təkərlər Piperin sinəsinə dəyib, arabanın tavanı isə başına düşüb. Piper iddia edir ki, koma müddəti onun üçün ölüm sonrası həyat kimidir. Gözəl bir musiqi və qoxuların müşayiəti ilə qarşılandığını iddia edən Piperin sözlərinə görə, yer üzündə nə bu musiqinin, nə də bu qoxuların tayı-bərabəri yoxdur. Hətta dediyinə görə, vəfat etmiş babası onu qapıda qarşılayıb, ölmüş tanışlarından bir neçəsi onunla görüşüb.
"Həqiqi həyat işıqları burada parıldayırdı" deyən Piper hadisədən sonra dəfələrlə əməliyyat keçirib, yenidən yeriyə bilmək üçün çox əziyyət çəkib. Yaşadıqlarını isə "90 Minutes in Heaven: A True Story of Death and Life" adlı müəllifi olduğu kitabdan oxuya bilərsiz. "Nyu York Tayms" qəzetinin ən yaxşı satılan kitablar siyahısında 4-cü yeri tutan bu kitabda Piper bildirib ki, Allahın onu geri göndərməsinin səbəbi cənnətin həqiqətən də var olduğunu insanlara danışması olub.

Tibb bacısını mələklər geri göndərəndə təsəlli veriblər

Kolton Burpo isə ölümün kandarından düz 2 dəfə geri qayıdıb. 4 yaşında və 17 yaşında. "Heaven is for Real" adlı kitabı yayımlanan Erin Smith silahla vurularaq ölümün bir addımlığına gəlib. Ölümden sonra yaşamı dadan Burpo yaşadığı təcrübə barədə kitabında detallı yazıb.

Ceyn Seymour həddən ziyadə hissiyyatlı olduğu üçün komaya girib. İlk anda böyük bir işığın içinə girən Seymour bizdən daha üstün bir mənəvi varlıq olduğunu deyir. Üstəlik, Seymour hər hansı bir din mənsubu da deyil.

Josiane Antonettenin hekayəsində isə daha maraqlı məqamlar var. Fransada dünyaya gəlmiş tibb bacısı daim ölülərlə, xəstələrlə iç-içə idi. Məktəblərdə də müəlliməlik, mənəvi məsləhətçi və xor rəhbərliyi vəzifəsini həyata keçirib. Hardasa uşaq deyiləcək bir yaşda keçirdiyi bir qəza nəticəsində o biri dünya ilə əlaqə qura bilən Josiane deyir ki, komada ikən gördüyü işıqlar bizim xəyalımızdakı mələklərlə təxminən eynidir. Onun sözlərinə görə, hüzuru, müstəqilliyi, sevgini sözün böyük mənasında koma müddətində yaşayıb. Josiane iddia edir ki, mələklər onu göndərəndə təsəlli ediblər, hər zaman yanında olacaqlarını deyəndən sonra yenidən yerə qaytarıblar.

"O dünyada gördüklərim bizim planetimizdə mövcud olan heç nəyə bənzəmirdilər"
Uzun müddət Harvard Universitetində dərs keçən və əla neyrocərrah imici qazanmış doktor Eben Aleksandr özünü xristian hesab etsə də, heç vaxt axirətə inanmayıb və hətta bizi haradasa hədsiz dərəcədə sevən Allahın olduğuna inananların halına yanıb. "Mən neyrocərrah kimi "bədəndən kənar təcrübə" fenomeninə inanmırdım. Elmi mühitdə böyümüşəm, neyrocərrahın oğluyam. Atamın yolunu davam etdirərək akademik və neyrocərrah olmuşam, Harvard Tibb Məktəbində və başqa universitetlərdə dərs demişəm. Mən insanın ölüm ayağında olduğu zaman beyində nə baş verdiyini anlayıram, ona görə də həmişə hesab etmişəm ki, ölümdən möcüzə olaraq qurtulan insanların təsvir etdikləri bədəndən kənar səyahətin ağıllı elmi izahı mövcuddur", - o əvvəlcə bildirib.

Lakin 2008-ci ilin payızında onun özünün komaya düşməsindən sonra hər şey dəyişib. Məhz o zaman Aleksandr bir həftə ölümlə həyat arasında olub, onun fikirlərə və emosiyalara cavab verən beyin qabığı fəaliyyətini dayandırıb. Tanınmış cərrahın sözlərinə görə, o özü isə axirət dünyasına, eləcə də cənnətə səyahət edib.

"Beyin və ağlın hazırkı tibbi anlayışına uyğun olaraq komaya düşdüyüm zaman heç olmasa məhdud şüurda olmalı idim, onun çox parlaq və bütöv səyahət etməsi sadəcə, mümkün deyil. Bədənimin komada olmasına baxmayaraq, məndə beyin qabığının fəaliyyəti dayandığı təqdirdə beynin özünün işləməkdə davam etməsinin, mövcudluğuna heç vaxt inanmadığım ölçücə daha böyük kainata yola düşməsinin heç bir elmi izahı yoxdur", - neyrocərrah deyib.

Həkim qeyd edir ki, bütövlükdə onun baş çəkdiyi mistik məkan kliniki ölüm və ya başqa sərhəd vəziyyətlərini yaşamış insanların çoxsaylı təsvirlərinə oxşayırdı. Onun sözlərinə görə, həmin yer hərfən bizim daha çox olduğumuz, yalnız bədənimizin və beynimizin deyil, həm də ölümün şüurlu mövcudluğunun sonu yox, yalnız sonsuz səyahətin bir hissəsi olduğu yeni dünyanı təşkil edir.

Həkim bu qəribə dünyanın necə göründüyünü təsvir edə bilib. O danışır ki, səyahəti buxara çevrilərək buludlarda yüksəyə qalxmasından və tezliklə "səmada uçan, sayrışan və dalınca xəttə oxşar uzun izlər qoyan şəffaf varlıqları" görməsindən başlayıb. Bundan başqa, həmin varlıqlar çox gözəl mahnıya bənzər qəribə səslər çıxarırdılar və ona elə gəlirdi ki, bu varlıqlar bununla onları əhatə edən sevinci və xoşbəxtliyi ifadə edirdilər. Ancaq Aleksandr onları quşlarla, mələklərlə müqayisə edə bilmir: "Onlar bizim planetimizdə mövcud olan heç nəyə bənzəmirdilər".

O bunların hansısa ali varlıqlar olduqlarına əmindir. Belə varlıqlardan biri olan naməlum gənc qadın ona qoşulur və mistik kainatda onun bələdçisi olur. O, hətta sirli qadının onunla söhbətlərindən birini xatırlayır: "Sən sevimlisən və səni həmişəlik əzizləyəcəklər. Sən heç nədən qorxmamalısan. Sənin səhv edə biləcəyin heç nə yoxdur. Biz burada sənə çox şeylər göstərəcəyik. Amma sonda sən geri qayıdacaqsan".

Qadın yavaş-yavaş həkimi "nəhəng boşluğa gətirir, bura tamamilə qaranlıq olsa da, sonsuzluq hiss olunurdu və bununla yanaşı, həm də çox xoş idi". İndi Aleksandr hesab edir ki, bu boşluq Allahın evi olub. O, tezliklə ayılır. Lakin indi, axirət dünyasına səyahəti yaşadıqdan sonra öz təcrübəsini həmkarları ilə bölüşməyə tələsmir, amma təsəllini kilsədə tapır. Alim oktyabrın sonlarında işıq üzü görəcək "Neyrocərrahın axirət dünyasına səyahəti" adlı kitab da yazıb. "Mən əvvəlki kimi, həkiməm və yenə də elm adamı olaraq qalıram. Lakin daxildə əvvəlki adamdan çox fərqlənirəm. Çünki mən reallığın yeni mənzərəsini görmüşəm", - Aleksandr deyib.

musavat.com