Lənkəranda meşə yandı
11 Avqust 2014 08:19 (UTC+04:00)
AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Mollakənd kəndində, rayon mərkəzindən 15 km aralı meşə ərazisində baş verib.
Meşədə 7 ha sahədə kol-kos, qurmuş ağaclar və kötükləri yanıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yanğının hansı səbəblrdən baş verməsi araşdırılır.
AzNews.az