Bakıda 45 yaşlı kişi 27 yaşlı gənci qətlə yetirdi

11 Avqust 2014 08:24 (UTC+04:00)


Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Eliş Abdullayev aralarında yaranmış mübahisə zəminində tanışı, 1987-ci il təvəllüdlü Elməddin Əliyevi ürək nahiyəsindən vurduğu bir bıçaq zərbəsi ilə qətlə yetirib. Qətlin motivi hələlik məlum deyil.

E. Abdullayev tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

AzNews.az