Cenifer Lopez “Crystal Hall”da azərbaycanlı müğənniylə

11 Sentyabr 2012 14:49 (UTC+04:00)


Sentyabrın 23-ü Bakıda "Crystal Hall"da möhtəşəm konsert proqramıyla çıxış etməyə hazırlaşan dünya ulduzu Cennifer Lopez səhnədə tək olmayacaq. C.Lopez səhnəni məşhur müğənni və bəstəkar Emin Ağalarovla bölüşəcək.

AzNews.az-ın Eminin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bir saat yarım çıxışı nəzərdə tutulan C.Lopezdən əvvəl səhnəyə Emin çıxacaq. Emin bir saat ərzində canlı performansıyla tamaşaçılar xoş anlar yaşadacaq.

Fuad Mədətov
AzNews.az