Separatçılar həkim briqadasını atəşə tutdu - Ölənlər var

11 Avqust 2014 08:53 (UTC+04:00)

AzNews.az-ın yerli mediaya istinaqdən verdiyi məlumata görə, hadisə Ukraynanın Luqansk vilayətində baş verib.

Ukrayna "İnformasiya müqaviməti" qurumunun rəhbəri Dmitriy Tımçuk bildirib ki, Rusiya istiqamətindən Luqansk vilayətinin Makarov və Kamışnoe istehkam-postları artileriya qurğuları tərəfindən atəşə tutulub. Hərbçilər arasında itki olmasa da postlara ciddi ziyan dəyib.

Məlumatda o da qeyd olunub ki, ötən gün Luqansk hava limanı da iki dəfə "Dolu" artileriya qurğularından güclü atəşə tutulub. Aeroportun mühafizəsini həyata keçirən bir neçə texnika ziyan dəyib. Bundan sonra terrorçuların başlanan hücumu isə dəf edilib.



Əhməd
AzNews.az