Azərbaycan yeni ballistik raket sistemləri ilə təchiz olunacaq

11 Avqust 2014 09:12 (UTC+04:00)

"Ekstra" raketlərinin uçuş məsafəsi 130 kilometrdir. Bu raketlər 306 millimetr kalibrə malikdir, uzunluğu isə 3,97 metrdir. Pakistan raketi isə "Xatf-4" "Şahin-1" raketinin təkmilləşdirilmiş variantıdır və hərəkət məsafəsinə görə, İsrail raketlərini 20 dəfə ötür. Yeni raketlər nüvə başlıqları daşımağa qadirdir.

Qeyd edək ki, Rusiya nə Azərbaycana, nə də Ermənistana belə silah növü satmır. Ancaq Rusiyanın Ermənistandakı hərbi bazasında "İsgəndər" operativ-taktiki raket komplekslərini yerləşdirib.

AzNews.az