Şüvəlanda eyni vaxtda iki boğulma – Dəniz terroru

11 Avqust 2014 09:24 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, hər iki hadisə eyni vaxtda - dünən saat 17:23 radələrində Xəzər rayonu Şüvəlanda Mayak deyilən yerdə baş verrib. Belə ki, 39 yaşında kişi sözü gedən ərazidə çimərkən boğulma təhlükəsi ilə üzləşib. Ətrafdakı insanların köməkliyi ilə dənizdən boğulan şəxs sudan çıxarılıb. O, ağır vəziyyətdə xəstəxanasına aparılıb.

Elə həmin ərazidə eyni vaxtda 1947-ci il təvəllüdlü Malik Səfərov adlı şəxsin isə meydi sudan çıxarılıb. Dərhal hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşalrı cəlb olunub.

Hazırda hər iki hadisə ilə bağlı hüquq mühafizə orqanlarında araşdırma aparılır.

AzNews.az