Qara Tofiq: “Müsavatın qurultayında iştirak edib-etməyəcəyim məlum deyil”

11 Avqust 2014 09:41 (UTC+04:00)


Bunu AzNews.az-a açıqlamasında Qara Tofiq adı ilə tanınan Müsavat Partiyası başqanının müsaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynli deyib.

T. Hüseynli partiyanın başqanlığı uğrunda gedən mübarizədə dəstəkləyəcəyi şəxsin kimliyini açıqlamayıb: "Başqan olmaq üçün namizədliyini kimin irəli sürəcəyini hələ bilmirəm. Ümumiyyətlə isə hələ qurultayda iştirak edib-etməyəcəyim də məlum deyil. Hər şey səhhətimdən asılıdır. Əgər səhhətim imkan versə qurultayda iştirak edəcəyəm. Əlbəttə ki, toplantıda iştirak edəcəmsə, öz namizədimə səs verəcəyəm".

T. Hüseynli qeyd edib ki, səhhətində ciddi problemlər yaşanıb: "Çox ciddi cərrahi əməliyyat keçirdim. Artıq yavaş-yavaş yaxşılaşıram. Bu səbəbdən də Müsavat Partiyasında gedən proseslərdən bir müddətdir ki, xəbərdar deyiləm".

Bahar Rüstəmli
AzNews.az