Sarkisyandan geri addım

11 Avqust 2014 10:42 (UTC+04:00)


ANS PRESS-in məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan yerli telekanallardan birinə müsahibəsində deyib.

Münaqişənin sülh yolu ilə həllinin vacib olduğunu deyən Sarkisyan Ermənistanın məsələnin həlli üçün istənilən danışıqlara getməyə və görüşlərdə iştirak etməyə hazır olduğunu bəyan edib.

"Hesab edirəm ki, qoşunların təmas xəttində əvvəlki tək gərginlik olmayacaq", deyə Sarkisyan bildirib.

Qeyd edək ki, avqustun əvvəllərində cəbhədə gərginliyin artması fonunda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Soçidə görüş keçirdi. Üçtərəfli görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının davam etdirilməsi barədə razılığa gəliblər.

AzNews.az