Sarkisyan vəhşi olduğunu sübut etdi - Hədə

11 Avqust 2014 12:12 (UTC+04:00)
AzNews.az-ın məlumatına görə, ötən gün Soçidə keçirilən görüşdən sonra İrəvana dönən Sarkisyan "Armnyus" tv-yə müsahibə verib. O, müsahibəsində Azərbaycanı və dolayısı ilə bölgəni hədələyib: "Ermənistan 300 km məsafədə hədəfi məhv edə bilən ballistik raketlərə malikdir". Sariksyan daha sonra işğalçı və varvar olduqlarını sübut edən fikir də söyləyib: "Bizim raketlərimiz istənilən yaşayış məntəqəsini Ağdam şəhərinin vəziyyətinə sala biləcək gücdədir".

İşğalçı ölkənin başçısı Azərbaycanın hərbi imkanlarını da inkar edə bilməyib: "Azərbaycan prezidenti imkanlarımız haqda məlumatlı olduğumuzu dedi. Bu çox doğrudur. Biz bir-birimizi yaxşı tanıyırıq. Əlbəttə, deyə bilərəm ki, müharibə başlayarasa Azərbaycan Silahlı Qüvvələri Naxçıvan istiqamətindən İrəvana güc tətbiq edə bilərlər. Lakin bu cavabsız qalmayacaq".

Məhəmməd
AzNews.az